Ismarıc:
salam,sizin sesli olan nagillarinizdan bir necesine qulaq asmisam.Ferize ve Ilham,ters qiz.Sesinizden ne qeder mulayim oldugunuz bilinir.Fevral ayindaki jurnalinizi oxumusam.Ne ucun heqiqetde ifritelerin olduguna inanmagimiz ucun israr etmisiniz.Heqiqetende var?
Cavab:
Var, əzizim. Onların adı başqadır, geyimləri başqadır. İfritlər də var. İfritələr də. Sən böyüdükcə onları tanıyacaqsan. Bir adam tanıyıram neçə illər pis-pis jurnallar buraxıb, cavanları pis yola çağırıb, pozub, amma neçə dəfə həccə gedib. Bəs bu ifrit deyil, nədir. Bax interneti açırsan uşaq şəklinə baxmaq istəyirsən, şəkil balacadır, onu böyütmək üçün mışkanı üstünə basırsan, orda nə murdarlıqlar görürsən. Səncə bunu hansı məqsədə belə edirlər? Əlbəttə pislik məqsədinə. Müasir dövrdə internet vasitəsilə uşaqlarımızın beynini zəhərləyirlər. İstəyirlər dünya, adamların beyni qarışsın. Onları əlbəttə ifritələr və ifritlər edir. Nağıılar vasitəsilə biz sizə onları tanıtmaq istəyirik. İstəyirik gözü açıq olasınız. Bir uşaq ata-anasının, müəllimlərinin sevgisi əhatəsində böyüyür. Bir gün böyüyür, sərbəst həyata düşür. Amma bilməlidir ki, paxıllar da var, xeyirlə bərabər şərlər də var. Və hər zaman şərlərdən uzaq olmağa çalışmalıdır. Bax elə bizim erməni qonşularımız kimi. Necə mehriban idik. Torpaq istəyirlər. Fikirləşmirlər ki, qonşunla torpaq davası eləməkdənsə,onunla mehriban olsaydın, insanların da sağ qalardı, həmin torpaqda da istədiyin kimi yaşayardın, hələ üstəlik onun sərvətindən də istifadə edərdin. Bütün bunlar həyatdır, gerçəkdir. Svetoforda gördüyün dilənçi uşaqların əksəriyyəti İfritələrin işidir. Arzu edirəm heç vaxt İfritələrlə rastlaşmayasan!