Qonaq Kitabı

Adınız:
Soyadınız:
Əlaqə nömrəsi:
E-mail ünvanınız:
Poçt ünvanını düzgün daxil edin.
İsmarıcınız:
Təhlükəsizlik şifrəsi
Şəkildəki şifrəni daxil edin:
 
İstifadəçi:
serdar mert 2013-11-24 13:43:37
Ismarıc:
buraya abune olmaq
Cavab:
Salam əziz Sərdar!Tanışlığımıza şad oldum. Abunə olmaq  istəyin məni daha çox sevindirdi. Deməli bizə daha yaxın olmaq istəyirsən. Ofisimizə zəng edib 012 440 77 63 jurnalımıza abunə yazıla  bilərsən.
İstifadəçi:
Perviz Elizade 2013-11-23 23:20:56
Ismarıc:
men burada mesaj niye yaza bilmirem
Cavab:
Yazırsan mən də oxuyuramSadəcə burdan şəkil göndərmək olmur bu yaxınlarda onu da düzəldəcəyik. Yazışmada problem olarsa internet poçtuma məktub yazmaq, şəkil göndərmək olar  ([email protected])
İstifadəçi:
Perviz Elizade 2013-11-23 11:31:12
Ismarıc:
SALAM GULZAR NENE COX MARAGLİ NAGİLLARİNİZ VAR YENİ İL EAİD NAGİLLAR NE ZAMAN OLACAQ
Cavab:
Salam Pərviz. Sağ ol ki bizi sevir və izləyirsən. Artıq Yeni ilə aid jurnalımız və içərisi dolu qış nağılları çapdan çıxdı. 25 sayımız. Tapa bilməsən redaksiyaya zəng vur. 
İstifadəçi:
Perviz Elizade 2013-11-23 11:16:00
Ismarıc:
yeni il haqqinda seir ve tapmacalar
Cavab:
24 və 25 saylarımızda Yeni ilə aid hər şey var. Hətta lətifələr də. 
İstifadəçi:
Nigar Hümbətova 2013-11-13 20:24:05
Ismarıc:
Nəyə görə mənə cavab yazmırsınız? Axı xətrimə dəyir!Küüüüüüüüüüsüm???????????????Nikki Bərdə
Cavab:
Salam. İşlərimiz olduqca çox olduğuna görə cavab yaza bilmirdik,küsməə bizdən )Çoxlu nağıllar, hekayələr yazırıq, ona görə vaxtımız olmur .Bu o demək deyil ki, sizlərə qarşı diqqətsizik.Müəllimlərdən incimə, bir az zamanə qarışıqdır, inşallah o da düzələrSən elə bilirsən Gülzar nənə oxuyanda bütün müəllimlər yaxşı olub?! Elə onların kobudluğu üzündən Gülzar nənə ixtisasca  ədəbiyyatçı deyil, iqtisadçıdır. Gör ədəbiyyatçı olsaydı nələr yazardım :)Ona görə səbrli ol, öz həyatını düşün.gec cavab yazdığıma görə incimə.öpürəm səni
İstifadəçi:
MAISE VE SENAN AGAYEVLER 2013-11-12 08:54:56
Ismarıc:
SALAM GULZAR NENE.SIZ BIZIM TEDBIRDE ISTIRAK ETMISDINIZ.SUMQAYIT SEHERINDE.O TEDBIR COX MARAQLI VE GOZEL IDI.HEMDE SIZIN UCUN COX DARIXMISDIQ.YENE SIZI GORMEK ISTEYIRIK.CUNKI COX DARIXIRIQ.
Cavab:
Mən də sizin üçün darıxmışam! Nə vaxt istəsəz dəvət edin gəlim
İstifadəçi:
efsane baxiszade 2013-11-10 17:20:41
Ismarıc:
Gulzar nene siz cox maraqli hekayeler yazirsiniz.men de boyuyende sizi ozume numune goturecem.
Cavab:
Çox sağ ol xoş sözlərə görə. Əgər sən də istəyirsənsə maraqlı nağıllar yazmaq sənə məsləhətlər verə bilərəm.
İstifadəçi:
nigar Hümbətova 2013-11-10 10:24:50
Ismarıc:
Gülzar nənə sizdən ötürü darıxmışdım.Sizin 24-cü nömrənizi həvəslə gözləyirəm.Xahiş edirəm mənim məktubumu cavablandırasınız. nikki
Cavab:
Salam Nikki! Mən də sizin üçün darıxmışam, çoxdandır tədbir eləmirəm, inşallah tədbirimiz olanda görüşərik! 24 sayımız dekabr olacaq, yəni yeni il sayı Uşaqlar Yeni il nömrəsini çox sevir, yəqin sən də. Müsabiqələrimizdə iştirak elə, qalib ol. Onda hədiyyə almaq üçün gələndə daha tez-tez görüşərik.  
İstifadəçi:
nigar Hümbətova 2013-11-10 10:19:54
Ismarıc:
səh.16 cavabları: 1.benzin 2.elektirk 3.çamadan 4.motor 5.bilet 6.təyyarə 7.baqac 8.kəmər 9.liman səh.28 cavabları: 1.göbələk 2.pizza 3.fen 4.kirpi 5.kanki 6.ilan 7.roket 8.dovşan 9.kəpənək 10.balıq 11.siçan 12.tülkü 13.qurbağa səh.18 müsabiqə 1: Çünki,dovşan meşədəki dostları öz yuvasından ötrü darıxırdı. Hümbətova Nigar 13 yaş Bərdə
Cavab:
Salam Nigar! Sağ ol ki Bərdədən bizə qoşulmusan. Müsabiqə cavabların qəbul edildi, Hamısı düzdür. İnşallah qalib olarsan və adını Yeni il nömrəsində yəni 24 nömrədə axtar. Şəklini   [email protected]  ünvanına göndərsən jurnalın qaliblər sırasında adını və şəklini də görə bilərsən!  Uğurlar!Yazda Bərdəyə gələcəyik, görüşərik! 
İstifadəçi:
Nigar Nuri 2013-11-09 20:17:34
Ismarıc:
Salam menim 10 yasim var men nagil yazmisam nagili size hara gonderim
Cavab:
Salam ! Bütün oxuculardan üzr istəyirəm. Nəyə görə? Deyim! Jurnalın proqramisti mənə yeni poçt açıb, özü də məndən xəbərsiz. Gec xəbər tutmuşam deyə məktublar cavabsız qalıb. GEc də olsa məktublarınıza cavab yazıram! Mənə nə göndərsən    [email protected]  poçt ünvanıma göndər. Ya məktub, ya şəkil... Sağ ol! Yazdığın nağıl jurnalımıza uyğun olşa bir parçasını qoyarıq. Öz şəklini də göndər, nağılla jurnala qoyaq. Özün haqda qısa yazmağı unutma!  
İstifadəçi:
sevinc Esgerova 2013-11-08 23:58:47
Ismarıc:
Salam, Gulzar nene.menim qizim nagillari cox sevir.sizin nagillara qulaq asmaq isteyirik, ancaq acilmir.orda yazilib ki, qulaq asmaq ucun asagidaki duymeni basin ancaq hec bir duyme yoxdur.biz ne etmeliyik.cox sagolun.
Cavab:
Gec cavab yazdığıma bağışlayın. Hansı səhifədəirsə problem onun ssilkasini mene gönderim düzəldək. Mən neçəsini yoxladım elə problem tapmadım. Nağılların çoxu Sehrlidunya.com saytından başqa gulzarnene.com saytında da yerleşdirilib.Cavabınızı gözləyirəm  
İstifadəçi:
fidan seferli 2013-11-07 20:29:23
Ismarıc:
seferli fidan..salam gulzar nene sizin kitablarinizi cox sevirem
Cavab:
Mən də sənin kimilər üçün, gecələr yatmayıb nağıl yazıram, hekayə yazıram. Nə haqda istəyirsən de, alınsa sənin üçün xüsusən nağıl da yazmağa çalışaram. Nağılda qız olsa adını Fidan qoyaram. Bir Şahzadə və Fidan nağılım var. Öpdüm səni! 
İstifadəçi:
fidan seferli 2013-11-07 20:26:21
Ismarıc:
gulzar nene sene kitablar ucun tesekkur edirem cox sevinirem ki kiteblarinizla bizi sevindirirsiz......kitablarinizi cox sevirem..fidan
Cavab:
Sağ ol, gözəl Fidan!
İstifadəçi:
fidan seferli 2013-11-07 20:22:06
Ismarıc:
fidan seferli
Cavab:
Məncə bütün məktublarına cavab yazdım!
İstifadəçi:
Aynur Ehmedli 2013-11-06 21:50:27
Ismarıc:
Gulzar nene seni cox sevirem mene mesaj yaz xahis edirem:)
Cavab:
Aynur, mən də səni sevirəm. Telefonunu zəng edib bizə verə bilərsən. Çünki biz tədbir edəndə səni dəvət edəcəyik.
İstifadəçi:
SADIQ KERIMLI 2013-11-04 21:55:54
Ismarıc:
SADIQ
Cavab:
Salam, Sadiq, sözün olanda bura yaza bilərsən! 23-cü jurnalımız ayın 1-i çıxdı.Ordakı müsabiqələrin də cavabını bura yaza bilərsən. 
İstifadəçi:
aygul memmedelizade 2013-11-04 10:36:19
Ismarıc:
men burani cox sevirem nagilari
Cavab:
Aygül, sən nağılları sevdiyini bildirməklə məni həvəsləndirirsən ki daha çox nağıl yazım.  
İstifadəçi:
ismayil Huseyinzade 2013-10-29 14:03:34
Ismarıc:
Ismayil
Cavab:
Salam İsmayıl, çəkinmə ürək sözlərini yaz!
İstifadəçi:
ilahe hezretova 2013-10-23 20:55:45
Ismarıc:
Salam Gülzar nənə! Necəsiz sizin, üçün darıxmışam jurnalınızın deyəsən yeni sayı cixmayıb hələ
Cavab:
Salam İlahə! Necəsən? Mən də sizlər üçün darıxmışam, inşallah bu yaxınlarda görüşərik! 
İstifadəçi:
Səyyarə İbrahimova 2013-09-15 15:31:39
Ismarıc:
Salam Gülzarnənə necəsiniz.Mən Ağdaş şəhərində yaşayıram.Mən sizin bütün nağıllarınızı oxumuşam sizin nağıllarınızı çox sevirəm.Hər ayın axırı yeni jurnalınızı səbirsizliklə gözləyirəm.Əsasəndə oradakı krasvordları çox sevirəm.Çünki onlar mənə heç bilmədiyim şeyləri öyrədir.Sizin nağıllarınız mənə çox şey öyrədib.Mən sizin gələndəfəki nağıllarınızı sıbirsizliklə gözləyirəm.Çox sağolun.
Cavab:
Əziz Səyyarə! Gözəl sözlərə, şirin arzulara görə sənə minnətdaram. Yazdığın məktub göstərir ki, məktəbinizdə gözəl dil və ədəbiyat müəllimləri var. Mənim adımdan sizə dərs deyən müəllimə "salam və minnətdarlıq" söylə. Əlbəttə sənə diqqətli olmağına görə xüsusi "sağ ol" çatır!  Zəhmətimizə böyük sevgi ayırdığına görə öpüb bağrıma basıram səni. Amma cavabı çox gec yazdığıma görə məni qınama, başım bərk qarışıq idi. Yayda jurnalımız maliyyə sıxıntısı keçirtdi, hətta o  qədər krizis oldu ki, qorxdum bağlana. Azərbaycanda təəssüf ki jurnala pul verənlərin sayı çox azdır, elə həmin səbəbə görə də tez-tez çətinə düşürük.   Amma dözürük, çünki oxucumuzu sevirik. Qıymırıq ki, bizi sevənləri itirək. İnşallah, itirmərik! 
İstifadəçi:
fatime huseynova 2013-09-05 17:08:26
Ismarıc:
salam gulzar nene necesiniz.yegin meni tanidiniz.sizin jurnallariniz cox gozeldir harda olursam olum jurnal elimden yere dusmur.allah size uzun omur cansagligi versin.usaqlari bu cur sevindirirsiniz.
Cavab:
Salam Fatimə! Gec də olsa cavab yazıram. Bağışla gecikdiyimə görə. Vaxt sarıdan kasıb idim. Allahdan arzum budur ki sənin kimi gözəl balalar həmişə sevinsinlər. Sən ki hələ bu yaşda mənim əməyimə böyük qiymət verirsən, mən də sənə təşəkkür edirəm! İndidən mən səni hələ  işə də  götürürəm! Böyü, gəlib Sehrli Dünya jurnalında işləyərsən!Öpürəm səni ! Tez böyü, yoruluram, işim o qədər çoxdur ki, belə gözəl məktublara da cavab yazmağa vaxt tapmıram! Tez böyü, lap teeeeeeeeeeezzzzz!!!! 
İstifadəçi:
ASKA ƏLƏKBƏROVA 2013-08-30 15:43:45
Ismarıc:
Salam Gülzar nənə.Bağışlayın şənliyinizə gələ bilmədim.Çünki istirahətə rayona gedirdim.Amma yenədə zəng ettiyiniz üçün təşəkkür edirəm.SİZİ ÇOX SEVİRƏM!
Cavab:
Aska, mən də səni çox sevirəm, buna görə də gec də olsa sənə cavab yazıram. İnşallah görüşərik! 
İstifadəçi:
pakiza quliyeva 2013-07-24 15:57:37
Ismarıc:
salam gulzarnene necesiz teze nagillariniz var???
Cavab:
Yaxşı olasan gözəlim! Təzə nağıllar həmişə var, amma təəssüf ki jurnalın o qədər işi var ki, vaxt qalmır nağılların gerisini yazam. İnşallah dövlət dəstək olar, jurnalımızın işi azalar. Jurnalın bu sayında teze bnağıl yazıb qoymuşam. Oxuyarsan Maraqlıdır. Tülkünün evinin sel aparmasından və xoşlamadığı qonşularının ona köməyindəndir.   
İstifadəçi:
ilahe hezretova 2013-07-23 16:02:30
Ismarıc:
Gülzar nənə.Siz sehirli dünyanı o qədər gözəl edmisiz ki, adam lap heyran qalır çox xoşum gəldi.
Cavab:
Sağ ol, gözəl! Öpürəm səni! 
İstifadəçi:
ilahe hezretova 2013-07-23 15:57:26
Ismarıc:
Gülzar nənə! Sizin üçün gəşəng şeirlər tapmışam. Mikayıl Müşfiq in şeirləri çoox gözəl şeirlərdir
Cavab:
Birini göndər. Amma məncə jurnala qoyulası olmaz. O bir az böyüklərin stilinə yaxın yazır. Ya da şerində balacalara anlaşılmaz sözlər işlədir. 
İstifadəçi:
ilahe hezretova 2013-07-23 15:53:49
Ismarıc:
Salam Gülzar nənə! Bundan sonra, sizin sözünüzə qulaq asraram cümlə səhivimidə hərif səhfimidə düzəldərəm.
Cavab:
Bax belə! Öpdüm səni ağıllı bala! 
İstifadəçi:
mehemmed ehmedov 2013-07-22 12:47:17
Ismarıc:
gulzar nene sizi sebirzilkle gozleyirem xayis edirem calisin tez gelesiniz
Cavab:
Hardan tez gəlim, mən artıq Türkiyədən 1 aydır qayıtmışam. Gələndən 2 dəfə tədbir də keçirtmişəm. Jurnalımı da çapa hazırlamışam. 
İstifadəçi:
mehemmed ehmedov 2013-07-21 15:49:00
Ismarıc:
salam gulzar nene necesiz sizin svetofor seiriniz cox xosuma geldi men celilabad rayonunda yasayiram ve celilabd usaq incasenet kitab xanasina gedirem ve oranin feal sagirdiyem bir nece tedbirlerdede istrak etmisem ve sizden bir xayisim sehirli dunya jurnalini axrinci sayini birinci ora yollayasiniz
Cavab:
Məhəmməd, təşəkkürün qəbul edildi. Diqqətinə görə sağ ol. Axırıncı sayımız iyun nömrəsidir, ondan sonra sentyabr nömrəmiz olacaq. Göndərərik. 1-ci söz verə bilmirəm, çünki bütün rayonlara bir gündə göndəririk, poçt nə vaxt çatdırır, onu əvvəlcədən bilmirik, amma çalışarıq daha tez göndərək, çıxan kimi. Sağ ol, bir gün Cəlilabada gələcəyik, inşallah, orda görüşərik! 
İstifadəçi:
mehemmed ehmedov 2013-07-19 18:19:56
Ismarıc:
salam gulzar nene necesiz sizin seiriniz menim cox xosuma geldi sizden xayis edirem ki cox cox yazasiniz
Cavab:
Salam Məhəmməd. Teşekkür edirəm, amma hansı şer idi, nə haqda idi yaz yadıma düşsün. 
İstifadəçi:
mehemmed ehmedov 2013-07-19 18:13:49
Ismarıc:
yetim ibrahim
Cavab:
Cavabı tam yaz xahiş edirəm. Yetm İbrahim nəyin cavabıdır?
İstifadəçi:
ilahe hesretova 2013-07-18 17:02:46
Ismarıc:
Salam gwlar nene necesiz sizin ucun cooox darixmisam baqisdiyin ki denize gele bilmedim cun ki men bu il cimerlik paltari alamaisam amma dunen geetdim cimerlik paltari aldim ve bundan sonra gele bilerem cimerlike onsuzda dunen yolustu cimerlike gedende aldilar mene naqillariniza oxudum bura yeni gelmisem coox maraqalidi hele sesli naqillariniz ucun cook bayildim superdi sqolun
Cavab:
Hər şeyə görə təşəkkür edirəm. Və mən səni o qədər savadlı qız kimi tanıyıram ki, məktubdakı səhvlərinin çox olduğuna inana bilmirəm, onları təcili düzəlt. O cür savadlı anandan ayıbdır. 
İstifadəçi:
Ayisə Yigit 2013-07-16 23:41:26
Ismarıc:
salam eziz gulzar xanim.necesiniz.men cox yaxsiyam.umid varam ki,siz de yaxsisiniz.belke menim fikirlesidiyim kimi isiniz cox yogundur.
Cavab:
Salam Ayişə! Necəsən? Əziz oxucum, məktubun elə anlaşılmazdır ki, heç nə anlamadım, zəhmət çək, təzədən yaz. Sən mənim fəal oxucumsan, fəal oxuculara çox səhv eləmək qadağandır!  
İstifadəçi:
hokuma quliyeva 2013-07-15 23:48:18
Ismarıc:
gulzar nene jurnalin yeni sayini sebirsizlikle gozleyirem. ne vaxt olacq yeni sayi jurnalin
Cavab:
Salam Hökümə! Olacaq, inşallah! Yayın istisində rəssamlarımız  əridilər, qarışdılar yayın 45 dərəcə istisinə buxarlandılar sərin ölkələrə. Bilin ki bu rəssam tayfası ki var, çox kefkom bir peşə sahibləridirlər, necə istəyirlər, elə də işləyirlər, soyuqda işləyə bilmirlər soyuqdur, istidə işləyə bilmirlər, istidir. Gərək nazlarını çəkəsən ki, jurnala qəşəng rəsmlər çəksinlər. Ona görə də 45 dərəcə isti bizim də rəssamlara təsir edib. Gözləyək görək nə vaxt barmaqları fırça tuta biləcək... Hökümə bu yaxınlarda jurnalı gözləmə, 10 günə məktub yazarsan deyərəm. 
İstifadəçi:
aydan rustemova 2013-07-15 17:21:45
Ismarıc:
guluzar nene bu nagillar cox gozeldir cox sag olun ki usaqlara bele nagillar yazirsiniz
Cavab:
Salam Aydan! Təşəkkürünə görə mən də sənə təşəkkür edirəm, amma unan ki heç bilmədim nəyə görə təşəkkür edirsən. Açıq yaz ki bilim hansı nağılı xoşladın, mən də həmin nağıldan çoxluuuuuuu yazım! Öpdüm səni! 
İstifadəçi:
Nahide Bekirova 2013-07-12 21:54:53
Ismarıc:
Salam Gulzar xanim. Size narahat eden Iceriseher tarixi muzeyinin emekdasi Bekirova Nahidedir. Sizin nagillarinizin sujet xetti maragimizi celb etdi. Muzeyimizin esas meqsedlerinden biri usaqlari maariflendirmekdir. Bakinin tarixini genc nesillere teblig edirik: milli nagillara muraciet ederek bukletler, kitabcalara, intellektual oyunlar tertib edirik. Bu movzuda sizin kimi mutexessisin reyine ehtiyac duyuruq. Isterdik ki, genc neslin maariflendirilmesinde sizinle elate yaradaq ve fikir mubadilesi aparaq. Sizinle musterek is aparmaga cox sad olardiq.
Cavab:
Salam Nahidə xanım! Gec cavab yazdığıma görə üzr istəyirəm. Daha sonra təşəkkür edirəm yazdıqlarıma müsbət fikirlərinizə görə. Çox sevindim. Sizin kimi tariximizə, ədəbiyyatımıza dəyər verən bir insan mənə yüksək qiymət verəndə mənə ikiqat sevinc gəldi. Sizlər var olun!Sizi redaksiyamızda görsək sevinərik. Nəsimi bazarının yaxınlığında Sağlam Ailə klinikasının lap yanında. "sehrlidünya.com" saytında bizimlə əlaqə bölməsində bizə gəlməyin asan yolu və xəritəsi qoyulub. Redaksiyanın tel: 012 440 77 63  mob: 050 512 92 05 Əgər muzeyə dəvət edib vaxt ayırsanız əvvəldən təşəkkür bildirərik. Və böyük məmnuniyyətlə gələrəm. Yeri gəlmişkən tarixi hadisələri araşdırıram, onlara nağıl yazıram. Tarixdən maraqlı faktlar sizə məlum olsa zəhmət olmasa deyin, ya göndərin onlardan nağıl və ya hekayə yazım. Elə İçərişəhərin özü haqda mənə maraqlı məlumatlar desəniz, ya versəniz söz verirəm ona maraqlı nağıl yazam. Uzun müddət araşdırdım Qız qalası haqda maraqlı məlumat tapa bilmədim. Ondan da bilsəniz verə bilərsiniz. İnşallah dərslər açılsın, oxucularımı da yığıb muzeyə gələrik. Orda şəkil çəkdirib jurnala da qoyarıq. Sizin reklamınız da olar.    Sizə münasib vaxtda zəng edin görüşək. Görüşərik!poçtuma da yaza bilərsiniz: ([email protected])  Məncə görüşdən qabaq məktublaşıb fikir mübadiləsi eləsək, söhbətimiz daha faydalı alınar. Bilərəm ki sizə hansı mövzu daha maraqlıdır. Söhbəti o səmtdə aparıb sizi yormaram. Çünki yazıçı olandan bəri o biri yazıçılar kimi çoxdanışan olmuşam. Bir mövzudan söhbət getdiyi halda qəfil keçid alıram başqa bir mövzuya. Uşaq mövzusundan tullanıram böyük mövzusuna və birdən hiss edirəm qarşımdakını yordum. Çox mövzuda yazılarım var ona görə. Hətta mənsur şerlər də yazıram. Ermənilərlə də internet savaşındayam. Nağıl, hekayə, roman, tapmaca, nə desən yazıram.  Öz beynimi, fikrimi neçe yerə bölmüşəm, sizi də yormaq istəmirəm. İnşallah görüşərik, daha yaxından tanış olarıq.      
İstifadəçi:
Ali Quluyeva 2013-07-10 11:00:21
Ismarıc:
Salam?Gülzar nənə sizin nağıllar menim çox xoşuma gəldi amma bunlar kiçiklər üçündür bir az böyüklər üşün varsa,zehmet olmasa yazin.......
Cavab:
Dəniz balası, Tülkü balası, İlanlı dərənin sirri, Bir zalım şah vardı, Tamahkar qazı, çoxdur nağıllar, say, qurtarmaz. Çoxu da (gulzarnene.com) saytında verilib. Kitab tapa bilməsən, ordan oxu.Oxuyub qurtaran kimi xəbər elə təzələrini deyim. Öpürəm!
İstifadəçi:
pakiza quliyeva 2013-07-09 21:27:02
Ismarıc:
salam gulzar nene niye mene cavab yazmirsiz?????????????????????
Cavab:
Salam, men cavab yazmışam, az məni danla cavaba görə... Texnikadır da, necə istəyir, elə də işləyir. Məni axtarsan ofisə zəng elə! 
İstifadəçi:
kenan abdullayev 2013-07-09 14:45:52
Ismarıc:
Gülzarnene salam necesiz men bilmek isteyiremki bu ayin jurnali niye gelmiyib
Cavab:
Kənan redaksiya heyəti iki iildən çoxdur fasiləsiz işləyir. Dincəlmək lazımdır, yoxsa jurnalımız maraqlı alınmaz! Sağ ol ki jurnalımızı səbirsizliklə gözləyirsən, deməli zəhmətimiz hədər getmir!
İstifadəçi:
Fidan Sediyarli 2013-07-08 15:54:09
Ismarıc:
sehrli dunya kitabindan 2 gunluye almaq istiyirem. Amma menim evim sizin kitabxananiza uzaqdir. Zehmet olmasa siz mene getirin ve 2 gun dolanan sonra gelib alin.
Cavab:
Biz Nəsimi bazarının yanındayıq. Kitabxanaların çoxunda  mənim kitabım var, alıb oxuya bilərsən. 
İstifadəçi:
Leyla Abdullayeva 2013-07-07 19:53:08
Ismarıc:
Salam Gülzar xanım sizin yazdığınız nağıllar və şeirlər çox gözəldir. Çox gözəl şeirlər yazırsız. Sağolun.
Cavab:
Sağ ol, teşekkürün məni həvəsləndirir, təzə yazılar yazmağa ilhamlandırır. 
İstifadəçi:
pakiza quliyeva 2013-07-07 16:03:42
Ismarıc:
salam gulzar nene necesiz seiriniz cox xosuma geldi yazdiginiz ucun cox sagolun.men siz dediyiniz yere gele bilmeyecem cunki men bakida deyilem.siz mene oz poct unvaninizi deye bilersiz?ZEHMET OLMASA.
Cavab:
Eybi yox, gələndə bizə xəbər edərsən. Poçt ünvanım ([email protected])
İstifadəçi:
pakiza quliyeva 2013-07-01 18:39:24
Ismarıc:
salam gulzarnene o seiri mene gonderinde internetde olan seiri istiyirsiz o saytin adini mene deyin men ozum baxim eger meslehetdirse xahis eliyirem 2 gun vaxtim qalib zehmet olmasa
Cavab:
öz yazdığım mənsur şeri sənə göndərirəmBir də sənə görə bir ana şeri yazmışam, ancaq sabah göndərə bilərəm. 1- 2 yerini düzəltməliyəm.sənə bir şey də deyə bilərəm. Sabah Nəşriyyatın yanında Beynəlxalq Mətbuat Mərkəzi var. Orda bir tədbir keciriləcək, "uşaq mahnılarının yazılmasına aid müsabiqələrin elan olunması"   İstəyirsən gəl ora orda səni bütün tanınmış uşaq yazıçıları və şairləri ilə tanış edim, telefonlarını da götür, nə vaxt istəsən, zəng elə sənə istədiyin şeri versinlər. Mən nağıl yazanam, onlar isə şer yazanlardı. Ələmdar Quluzadə, Zahid Xəlil, İlyas Tapdıq, Sevinc Nuriqızı və s.  Ananın qədri çox gec bilinər…                        Qayıt, Ana, bir anlığa qayıt!                     Sirli-sehrli dünyanı gəzib, ata ocağına qayıtdım, Ana! Bir vaxtlar isti nəfəsindən od alıb-yanan ocağa.  Küncə-bucağa  göz gəzdirdim. Dedim, bəlkə o ocağın istisindən bir əsər-əlamət qala. Vaxtilə qədrini bilmədiyim ana nəfəsini axtardım orada.     Qollarının arasına girmək, qabarlı əllərindən öpmək istədim sənin. Qollarımın üstündə gəzdirmək istədim səni. Tapa bilmədim. Sevginə sevgimlə cavab vermək istədim. O ülvi, o müqəddəs, o təmənnasız məhəbbətinə.     Hər sözünə qulaq asmaq, hər dərdinə şərik olmaq, hər kəlmənə, «Jan!» demək istədim. Amma çox gec oldu. Səni heç yerdə  görmədim.     Heyf, çox heyf ki o sevginin qədrini gec bildim; özüm valideyn olandan sonra. Onda da artıq çox gec idi. Sən çox-çox uzaqlardaydın. Sənə bənzər ana görəndə “Kaş mənim də anam sağ olaydı”, -  deyə fikirləşdim.      Bircə anlığa qayıdıb gələ bilsəydin yanıma, onda görərdin, səninçün necə darıxmışam. Səni duz kimi yalayardım,   ayaqlarından öpərdim, “Bağışla, qədrini bilməmişəm, Ana!” - deyərdim.     Oxşayardım səni, sən məni oxşadığın kimi, öpərdim səni doya-doya, sən  məni öpdüyün kimi; mənim müqəddəs Anam.     Mənim Anam! Mənim şirin Anam! Heç nəyi özünə qıymayıb, hər şeyi bizə verən, əvəzində  isə soyuqluq və kobudluqdan başqa bir şey görməyən Anam!     İndi mənim  soyuq məhəbbətlər əhatəsində sənin ülvi, əvəzsiz məhəbbətinə, isti nəfəsinə ehtiyacım var. Qayıt, qayıt, bir anlığa həyatıma gəl. Gəl gör ki, sənin dizlərində doyunca yatmadığım üçün necə peşman olmuşam. Üstümü örtəndə əllərindən tutub öpmədiyim üçün necə peşman qalmışam. Gəl gör ki, Sən məni bağrına basanda, bağrından tez ayrıldığım üçün necə peşmanam. Nə olar, Ana, bir anlığa qayıt!                                                   sən göndərdiyin poçt ünvandan istədim sənə məktub yazam o günü nədənsə getmədi, telefonunu da yaz mənə.   
İstifadəçi:
nilufer aydinova 2013-07-01 17:00:02
Ismarıc:
salam Gulzar Xanim bize ne ucun cavab yazmirsiniz
Cavab:
Salam Nilufər! Necesen?Canım gözüm, mən sənin bir məktubunu cavabsız qoymushamsa ona görə səndəən üzr istəyirəm. Amma inan bu bilərəkdən olmayıb. Mən gecə yarı da olsa bütün məktubları cavablandırmağa çalışıram. Məktublar sıra sayı ilədir. Bax indi mənə göndərdiyin məktubun say nömrəsi 1280 dır, bəs sənin neçə nömrəli məktubun cavabsız qalıb?Elə isə məktubunu zəhmət olsa da, poçt ünvanıma göndər: (gulzar.ibrahimova@mail).Öpdüm səni.Yəqin ki 6 iyulda dənizə gedəcəyik, bütün fəal oxucularla, sən də gəl maraqlı olacaq! İstəsən 5-nə qədər zəng elə redaksiyaya dəqiqləşdir, yerini, vaxtını!
İstifadəçi:
fatime huseynova 2013-06-23 12:00:58
Ismarıc:
salam Gulzar xanim.men sizden bir seyde meslehet almaq isteyirem.bir dostum var ki,men ne etsen elediklerimi tekrarlayir.bu menim ele de xosuma gelmir.sizin fikriniz nedir?
Cavab:
Salam Fatimə! Sağ ol ki menimle sirrini bölüşürsən! Fatimə,  istəməzdim dostundan aralanasan, amma bəzən adamın dünyagörüşü artdiqca, dostu ilə zövqləri, istəkləri, zarafatları, danışıqları belə  dəyişir, fərqli olur.Bu vaxt özünü məcbur eləmə ki kiminləsə mütləq dostluğu davam etdirməlisən. Tək qalmağın  səni hirsləndirənlə, darıxdıranla bir yerdə qalmaqdan yaxşıdır.Yaşıdınla sənə maraqsızdırsa, özündən böyüklə dostluq et.Qəfildən dostuna hiss etdirmə ki ayrılırsan, bunu hiss etdirmədən yavaş-yavaş etsən problemin az olar. Yoxsa boş-boş suallarla səni yoracaq.Seni təkrarlamasına isə darıxma. Millətin çoxunun öz fikri, öz əqidəsi yoxdur. Bir moda çıxdısa, yaraşdı, yaraşmadı, hamı geyinəcək. Biri Facebooka girdisə, o birinin işi, sözü oldu, olmadı o da girəcək. Sən özün ol, onda həyat senin üçün maraqlı olacaq. Sən özün ol, sənə layiq dost özü səni axtarıb tapacaq. 
İstifadəçi:
Naile Rehimova Rehimova 2013-06-20 00:18:25
Ismarıc:
Gulzar nene mesajima niye cavab yazmadiz?Tetil harada olacaq
Cavab:
Mektubunu oxuyan kimi cavab verdim, hirslenme! Ele xestexanadayam ki, bahali xestexana olsa da xesislikden interneti 1 gunden bir verirler. Helelik!
İstifadəçi:
Naile Rehimova 2013-06-16 23:22:43
Ismarıc:
salam/tetil harada olacaq
Cavab:
Salam tetil - yeni gezmeklerimiz ne vaxt bashlayacaq sorushursansa , cavab verirem ki az qalib bu yaxinlarda bashlayacaq. Yeqin ayin 6 dan bashlayar inshallahhazirda Turkiyedeyem, hekime gelmishem qayidan kimi hamiya zeng edeceyem. Birden siyahimizda senin adin olmaz ha... Afete zeng ele de seni  yazsin deniz siyahisina 012 440 77 63 Denizde gorusherik!
İstifadəçi:
Naile Rehimova 2013-06-15 00:09:49
Ismarıc:
salam Gulzar nene.Necesiz?
Cavab:
sag ol, yaxshiyam Naile, sen necesen? Hazirlash, yay tetilinq bashlayiriq! 10 gune.
İstifadəçi:
pakıza qulıyeva 2013-06-14 16:21:59
Ismarıc:
salam Gulzar nene necesınız? mene ana seırı lazımdı ama menım yasıma uygun olsun menım 13 yasım var nolar tapında zehmet olmasa.Vaxtıma cox cox az qalıb xahıs elıyırem........
Cavab:
Salam Pakize. Internetden de kitablardan da sene bir emelli ana sheri tapa bilmedim. Inanmazsan belke...  Turkiyede, xestexanada gece saat 3 de dwz 1 saat axtarandan sonra tapmayib  bu sherimi internetden goturub sene gonderirem. Xoshuna gelmese de vaxta ne qeder var, yene axtararam. Sag ol!
İstifadəçi:
fatime huseynova 2013-06-09 16:49:34
Ismarıc:
salam gulzar xanim. men sehirli dunya jurnalini cox sevirem.ele sizi de.bu jurnalda bir birinden maraqli nagillar letifeler var.inaniram bundan da gozel jurnallar derc olunar
Cavab:
Sag ol vaxt tapib sevgini bizimle bolushduyune gore!Inanin ki jurnal bundan da gozel ola biler. Ona ayirmaga cox vaxtim yoxdur. En cox vaxtimi aparan jurnal satishidir. Inshallah onu da yoluna qoyariq. 
İstifadəçi:
Afet Eliyeva 2013-06-07 15:52:03
Ismarıc:
Menim eziz gozel semimi gulzar nenem sizin ad gununuz ne vaxt olacaq?
Cavab:
dekabrin 21