Cavab:
Salam Aişə! Nağılları mən həmişə yazıram. Çoxlu ideyalar gəlsə də ağlıma, onların hamısına vaxt tapıb nağıl yaza bilmirəm. İnşallah böyüyərsən, olarsan bir nazir. Mənə xəbər göndərərsən, Ay mənim sevimli Gülzar nənəm, sən jurnalın, nağılların, kitabların paylanması, satışı ilə məşğul olub özünü yorma, onlarla mənim işçilərim məşğul olar. Sən bircə nağıllar yaz, bir də mənim və uşaqların məktublarına cabav ver, bəsimizdir. Qoca nənəsən, başını elə qarışıq işlərlə doldurma!