Qonaq Kitabı

Adınız:
Soyadınız:
Əlaqə nömrəsi:
E-mail ünvanınız:
Poçt ünvanını düzgün daxil edin.
İsmarıcınız:
Təhlükəsizlik şifrəsi
Şəkildəki şifrəni daxil edin:
 
İstifadəçi:
Pakiza Quliyeva 2012-12-21 07:34:59
Ismarıc:
Salam gulzarnene necesiniz usaq ucun romanlar isteyirem hansi sayta gire bilerem
Cavab:
gulzarnene.com saytında çoxlu nağıllar var sehrli dünya bölməsində
İstifadəçi:
seva memmedova 2012-12-21 02:57:41
Ismarıc:
olsun.eybi yoxdur.yene de tesekkur edirem.amma nolar sayta coxlu gulmeli letife qoyun.helelik azdir.isteyirsinizse burdan tapim gonderim
Cavab:
göndər
İstifadəçi:
seva memmedova 2012-12-20 04:21:18
Ismarıc:
eladir.heqiqeten cox beyendim.eliniz var olsun!xahis edirem bu seirinizi jurnala qoyun.qoy bezi usaqlar da bundan ibret gotursunler.tesekkur edirem zehmet cekib yazdiginiza gore.minnetdaram!
Cavab:
Yeni il ərəfəsində istəmərəm qəmgin olsunlar. Başqa vaxt verərəm.
İstifadəçi:
MENSUME TEHMEZLI 2012-12-19 10:15:07
Ismarıc:
SALAM.dekabr nomrenizdeki hediyye cox xosuma geldi.mene saxta baba dusdu.o mezelidir.
Cavab:
Çox şadam ki, xoşuna gəlib. Jurnal necedir? Yanvar nömrəsində daha naraqlı oyun olacaq.
İstifadəçi:
seva ir tehmezli 2012-12-19 10:00:00
Ismarıc:
Ana hagginda seiriniz cox gozeldir hem cox duyguludur.Allah butun analara can sversin.Anasini itirenlere sebr ve dozum.
Cavab:
Amin!
İstifadəçi:
seva memmedova 2012-12-16 08:50:25
Ismarıc:
nenecan aglatdiniz meni.men heqiqeten de sizin kimi qelbi yarali sairin qarsisinda diz cokurem.men ana hesretini yasamamisam bilmirem.amma bu seirden ibret goturdum.Anam deyir ki 10 ildir men seni agillandira bilmemisem bir seirle quzuya donmusen.dostum bilmir anasi olduyunu.hele xeberi yoxdur ele urekden gulur ki ister istemez ona yazigim gelir.MEN SIZI AGLATMAQ ISTEMEZDIM.AMMA SIZ MENE BIR DEFE DEMISDINIZ KI DERDINI MENIMLE BOLUSE BILERSEN.OPUREM SIZI.SIZDEN XAHIS EDIREM SONAYA BIR SEIR YAZIN NOLARRRRRRRR.ANASININ OLDUYUNU DE ONUN BILMEDIYINI DE XAHIS EDIREM SEIRDE QEYD EDIN NOLARRRR ELE BURA SEIRI YAZIB GONDERIN NOLARRRRR
Cavab:
                           Gül, gülüm, bir az da çox gülGül, gülüm, bir az da çox gül, sən güləndə ruhum sevinir. İnsanlar, yalvarıram sizə, deməyin mənim ölüm xəbərimi balama, deməyin, qoy bir az da çox gülsün! Deyin uzaqlara getmişəm, qayıdacağam. Nə vaxt məni gözləməkdən yorulsa, onda deyərsiniz,Nə vaxt ki,  üzündə gülüş donsa, o vaxt deyərsiniz. Nə vaxt balam mənsiz qaldığını anlasa, o vaxt deyərsiniz. Hələ deməyin, yalvarıram sizə, hələ deməyin. Qıymayın mənim ciyər paramın gülüşünə. Çünki anasız qalmışım daha heç vaxt belə dərdsiz-qəmsiz gülə bilməyəcək. Gül, gülüm, bir az da çox gül, sən güləndə ruhum sevinir...Bax, bu mənsur şeiri yazanda ürəkdən ağladım. Amma sən o günü bu xəbəri deyəndə təkcə gözlərim yaşarmışdı. Sən də məni ürəkdən ağlatdın. Həyat bizi ağlada-ağlada öz dərsini verir. "Ananın qədrini bil, sonra gec olur". - Bu mənim sözlərimdir və hamıya aiddir. Qoca kişilər, qadınlar tanıyıram ki anaları yadlarına düşəndə ağlayırlar. Ana məhıəbbəti heç bir məhəbbətlə müqayisə olunmazdır. Çünki təmənnasızdır, yəni əvəzi gözlənilmir. Rəfiqənin anasının ölüm xəbəri sənə dərs verdi ki, ananın qədrini biləsən. Rəfiqən anasının ölüm xəbərini eşidəndən sonra ona təsəlli ver. Onu dərdi ilə təkbaşına buraxma. Tanrı sevdiklərinə dəyməsin. Rəfiqənə də de ki, Gülzar nene dərdinə şərik olur. Bağrına basır səni, Arzu edir ki, möhkəm olasan, ana ruhuna sızıltı yox, sevinc bəxş edəsən. Öpürəm, hər ikinizi.      
İstifadəçi:
seva memmedova 2012-12-14 23:41:10
Ismarıc:
nenecan uzr isteyirem evimiz hal-hazirda remont olunur.basdan ayaga yenileyirik.bele vaxtda evde neinki usb hec adam tapmaq olmaz.amma remont bu ayin sonu bitir.o zaman sekili gondererem.indi tapdigimi gonderdim.uzrlu hesab edn
Cavab:
problem deyil, nə vaxt tapsanız o vaxt göndərərsiniz. Bir də öz şəklini axtarırsansa, ehtiyac deyil, gəl şəklini özümüz redaksiyadfa çəkək. 
İstifadəçi:
seva memmedova 2012-12-14 23:35:38
Ismarıc:
nenecan bagislayin men e-mailime hele yeni baxdim.dediyiniz sekli gonderdim lakin kompyuterde bele br sekilim yoxdur.lakin indi usb qosub gonderirem
Cavab:
şəkli (gulzar58@rambler/ru) poçtuma göndərmək lazımdır. Gözləyəcəyəm. 
İstifadəçi:
seva memmedova 2012-12-14 05:20:48
Ismarıc:
ah nenecan.derdim bununla bitseydi...en yaxin dostlarimdan birinin anasi olub.balaca qardasiyla ortada qalib.atasi ise haradadir bilinmir.qizin bundan hec xeberi yoxdur.demirler ki pis olar.anasi menim anamin dostu idi.hele cavan idi 30 yasinda...qizin adi Sonadir.yosa yosa yazan kimi men onu oxumaq istedim ve oxudum.bedbext dostum Sona yadima dusdu.bed xeberi bugun aldim.yaziq dostum gor ne hallara dusdu?!goz yaslarimi saxlaya bilmedim...eger sizi de aglatdimsa UZR ISTEYIREM
Cavab:
Ölənlərin yaxınlarına ona görə başsağlığı verirlər ki, onlar başını itirirlər. Öpürəm Sonanı, bağrıma basıram. Dərdinə şərik opluram. Ana itkisidirsə, yazıçı da olsam, söz tapa bilmirəm. Anaya aid yazdığım bir mənsur şeri sənə göndərirəm. Məni ağlatdın, mən də səni ağladım.  Qayıt, Ana, bir anlığa qayıt!                     Sirli-sehrli dünyanı gəzib, ata ocağına qayıtdım, Ana! Bir vaxtlar isti nəfəsindən od alıb-yanan ocağa.  Küncə-bucağa  göz gəzdirdim. Dedim, bəlkə o ocağın istisindən bir əsər-əlamət qala. Vaxtilə qədrini bilmədiyim ana nəfəsini axtardım orada.     Qollarının arasına girmək, qabarlı əllərindən öpmək istədim sənin. Qollarımın üstündə gəzdirmək istədim səni. Tapa bilmədim. Sevginə sevgimlə cavab vermək istədim. O ülvi, o müqəddəs, o təmənnasız məhəbbətinə.     Hər sözünə qulaq asmaq, hər dərdinə şərik olmaq, hər kəlmənə, «Jan!» demək istədim. Amma çox gec oldu. Səni heç yerdə  görmədim.     Heyf, çox heyf ki o sevginin qədrini gec bildim; özüm valideyn olandan sonra. Onda da artıq çox gec idi. Sən çox-çox uzaqlardaydın. Sənə bənzər ana görəndə “Kaş mənim də anam sağ olaydı”, -  deyə fikirləşdim.      Bircə anlığa qayıdıb gələ bilsəydin yanıma, onda görərdin, səninçün necə darıxmışam. Səni duz kimi yalayardım,   ayaqlarından öpərdim, “Bağışla, qədrini bilməmişəm, Ana!” - deyərdim.     Oxşayardım səni, sən məni oxşadığın kimi, öpərdim səni doya-doya, sən  məni öpdüyün kimi; mənim müqəddəs Anam.     Mənim Anam! Mənim şirin Anam! Heç nəyi özünə qıymayıb, hər şeyi bizə verən, əvəzində  isə soyuqluq və kobudluqdan başqa bir şey görməyən Anam!     İndi mənim  soyuq məhəbbətlər əhatəsində sənin ülvi, əvəzsiz məhəbbətinə, isti nəfəsinə ehtiyacım var. Qayıt, qayıt, bir anlığa həyatıma gəl. Gəl gör ki, sənin dizlərində doyunca yatmadığım üçün necə peşman olmuşam. Üstümü örtəndə əllərindən tutub öpmədiyim üçün necə peşman qalmışam. Gəl gör ki, Sən məni bağrına basanda, bağrından tez ayrıldığım üçün necə peşmanam. Nə olar, Ana, bir anlığa qayıt!
İstifadəçi:
yowa yowa 2012-12-14 05:12:47
Ismarıc:
oxudum.menim16 yasim var.esitme qabiliyyetinden mehrum nenem var.adim yowa deyil solmazdi.sizi cox sevirem
Cavab:
Əziz Solmaz! Allah nənənə kömək olsun. İndi xüsusi aparatlar var, eşitməni bərpa edir. İnşallah bir gün eşidər. Nağıl xoşlayırsansa, mənim sən yaşda üçün nağıllarım da var. gulzarnene.com saytında sehrli dünya bölməsindəki nağıllar sən yaşdalar üçündür. Onların çoxu nağıl olmasına baxmayaraq, tarixdən götürülüb deyə həm də dünyada olanlardan xəbər. Təmraz və Gün, İlanlı dərərnin sirri, Yada daşı, Ən qiymətli hədiyyə, Ən varlı məmləkət, və s. Oxuduqların haqda fikirlərin mənə maraqlı olar. Məktəbdə oxuyursansa, səninlə və sinif yoldaşlarınla görüşə sevinclə gələrəm. Səni redaksiyamıza qonaq çağırıram. Sehrlidunya.com saytında ünvanımız var. Öpdüm!
İstifadəçi:
seva memmedova 2012-12-14 05:09:01
Ismarıc:
cox sevindim oxudugunuza.arada asude vaxtimda oturub yaziram.anam da kompyutere kocurur.hetta bir defe kitab da yazmisam ve cixartdirmisam.adi heyata ilk addimlarimdir.o kompyuterde qalmayib.sizin nagillarinizi cox sevirem.xeyallarim esl insan olmaqdir.senetin menim ucun ferqi yoxdur.valideynlerim serait yaradirlar ki men bir senet sahibi olum.yenede cox tesekkur edirem nenecan.en azindan qelbimi qirmayib ve vaxt ayirib kitabi oxudugunuz ucun.lakin teessuf ki bunu bezi insanlar etmirler...imza-seva
Cavab:
Teşekkür edirəm. Bizim işimizdir sevindirmek. Gülü yaşadan sudursa, bizə də həyat verən sevindirməkdir. Amma bəzən sənin kimilər də bizi sevindirir. Öz hərəkətləri, ağlı, yazıları ilə... Həyatın sevinclə dolsun!  
İstifadəçi:
Nermin Yusifova 2012-12-14 03:22:41
Ismarıc:
Evvela salam.6 yasim var.yazi yaza bilmediyim ucun bu ismarici bacim yazib.sizin kitablariniz menim cox xosuma gelir.resim yarisiniza qatilmaq isteyirem,gozel sekiller cekirem.sizden cavab gozleyirem.sagolun
Cavab:
Salam Nərmin. Adın deyəsən Nərmindir. Çox şadam kitablarımı bəyəndiyimə. Səni sevinclə Sehrli Dünyamıza qəbul edirik. Rəsmlərini gözləyirik. Göndər Nəsimi rayonu AZ 1110 N.Yusifbəyli 88 ünvana. Təcili göndərmək istəyəndə öz şəklinlə birlikdə poçt ünvanıma fgöndər. ([email protected]) Redaksiyaya da gələ bilərsən. Gözləyəcəyik!  
İstifadəçi:
Sseva Tehmezli 2012-12-14 01:20:29
Ismarıc:
Salam.xos arzulariniz ucun tesekkurler.Men de calisacam ki,sizin gorusunuz bas tutsun.ugurlar heyatiniz boyu yol yoldasiniz olsun.
Cavab:
Ay, nə gözəl arzudur!
İstifadəçi:
Teane Tehmezli 2012-12-14 01:11:52
Ismarıc:
salam.necesiniz?cavabinizi oxudum,cox sevindim.Cox sevindim ki,hem sizin, hem de menim arzum heyata kececek.Insallah.yeni ilimiz mubarek.
Cavab:
Tanrı seni bütün arzularına çatdırsın!
İstifadəçi:
seva memedova 2012-12-11 04:13:23
Ismarıc:
nenecan deniz balasi kitabinizi aldim.superdi.sehra sahin oglu denizde boyuyur baliq dilinde bilir.oxudum ve eladi
Cavab:
Lap yaxşı. Dəniz balasını  prinsipə düşüb yazmışam. Bir dəfə "Su pərisi" nağılımı göstərdim Yaddaş qəzetinin baş redaktoruna. (Kinli olmadığımdan adı da yadımda qalmayıb.) Dedim baş redaktordu da, mənə düzgün fikir deyər. Səhvlərimi göstərər. Bir neçə gündən sonra ona yaxınlaşdım, dedim: "Filənkəs müəllim, oxudunuz nağıllarımı, necədi?. Nə cavab versə yaxşıdır. Dedi mən bu nağılı hardasa oxumuşam. Sən hardansa köçürmüsən. Dedim, işdir ki belədir, mən elə nağıl yazacağam ki, dünyada hələ elə bir nağıl yazılmayıb. Dedi necə? Dedim yazaram, görərsən. Getdim oturdum "Dəniz balası"nı yazdım. Su pərisindən yox, bu dəfə suda yaşamış, suda böyümüş körpə oğlandan yazdım. Çox maraqlı da alındı. Bəzən insanlar öz kobudluqları ilə, pislikləri ilə bilmədən insanlara yaxşılıq eləyirlər. İndi mən ona sağ olsun deyirəm. Çünki onun yalanı, kobud sözü olmasaydı, mənim ən çox xoşlanan Dəniz balası nağılım olmazdı. Nağılın  səsli versiyasını da bu günlərdə (gulzarnene.com) saytıma qoymuşam. Uşaqlara Yeni il hədiyyəsi olaraq. Nə haqda nağıl, hekayə istəsən xəbər elə, bəlkə elə bir şey yazmışam... Öpdüm səni, gecə saat 1 yarısında. Çünki sənə cavabı o vaxt yazıram.  
İstifadəçi:
sevinC elyeva 2012-12-11 04:08:34
Ismarıc:
saam gulzar nene necesiz men yaxsiyam menim 12 yaim var 7 de oxuyuram xayis eliyrem menimle meytuflasarsiniz men gedebeyliyem saolun
Cavab:
Qəbələ mənim sevdiyim rayonlardan 2 yerdədi. Quba 1 cidir. Çünki uşaqlığımın çoxu orda keçib. Qəbələdən nağıl da yazmışam. Adı Ya Fırçanın sehridir, ya da Sehrli fırçadır. Nağılda Nohur gölü var, Yeddi gözəl şəlaləsinin gözəlliyini göstərən mənzərə var. Cavan oğlan gözəl rəsmlər çəkib satır. Heç nə görməyən bir kor qız yalnız onun çəkdiyi rəsmləri görə bilir. Qız oğlandan xahiş edir ki, Günəşin şəklini çəksin. Oğlan qızın xahişini yerinə yetirir. Amma əvəzində özü kor olur. Niyə? Çünki Sehrli fırça ona babasında yadigar imiş. Və Baba öləndə Mətinə tapşırmışdı ki heç vaxt Ay Günəş şəkilləri çəkməsin. Amma Mətin verdiyi sözə əməl eləmir. Balaca kor qız Günəşi bircə fəfə görsün deyə, Günəşin şəklini çəkib ona hədiyyə edir. Gerisini oxuya bilərsən mənim saytımdan. ("gulzarnene.com"  Nağıllar.   Fırçanın sehri.) Oxuyub fikrini mənə də deyərsən. Qəbələdə daha gözəl tarixi yerlər varsa valideynlərin desin ona da nağıl yazım. Qəbələ hərbi bazasının fəaliyyətinin dayandırılması münasibətilə səni təbrik edirəm. Qəbələ bunda sonra yəqin ki daha da gözəlləşəcək. Bizim orda dostlarımız var. Nohur gölünün yanında işləyən Arif müəllim var. Onun balaları ilə həyətlərində çoxlu gizlənpaç oynamışıq. Gözəl insanlardır.   
İstifadəçi:
seva memmedova 2012-12-11 03:49:49
Ismarıc:
nenecan sizin jurnalinizin butun salarini almisam.no15-de yeni il kokesi nagilini da oxudum.nagillarinizi cox sevirem.sizin e-mailinize bir sey gondermisem.oz heyatim barede kitab yazmisam onu gonderdim ki fikrinizi yazasiniz.xahis edirem teesuratlarinizi menimlede bolusun.sizi cox sevirem.hetta sizi o qeder cox sevirem ki google.com vasitesile sizin sekillerinizi de tapmisam.helelik 6 sekiliniz var mende.kompyuterde oz qovlugumda saxlayiram.opdum sizi
Cavab:
Şənbə günləri oxucularımla səmimi görüş keçirirəm, müsabiqələr edirəm, hədiyyələr verirəm. Sən də gəl, ordan-burdan şəkil toplayanca, birlikdə şəkil çəkdirək, lap yaxşı çıxsa, jurnala da qoyaq. Arzularla yaşamaq olar,amma bir az da özünü əziyyətə salıb arzuları reallaşdırmaq lazımdır. Öpürəm. Məni sevəni mən lap çox istəyirəm! 
İstifadəçi:
seva memmedova 2012-12-10 02:52:40
Ismarıc:
nenecan zehmet olmasa emailinize. baxin sizincun oz heyatim barede kotab yazmisam oxusaniz sevinerem [email protected] da menim emailimdir opdum much much
Cavab:
Oxumuşam, çox da xoşuma gəlib. Sevinc, mənimlə tez-tez əlaqə saxla, səndən yazıçı olar. 
İstifadəçi:
yowa yowa 2012-12-09 07:24:52
Ismarıc:
Bağışla məni, Sonam eladı
Cavab:
Salam. Adın bilmədim nədi, Yoşadı, yaşadı, nədi aydın yaz, xahiş edirəm. Adın nədirsə bilmirəm, amma oxuduğun hekayəyə görə təşəkkürümü bildirirəm. Niyə göz yaşları içərisində yazdığım hekayəyə görə sənə təşəkkürümü bildirirəm? Deyim. "Bağışla mən Sonam" hekayəsini on ildir ki yazmıəşam. 4 ildir də onu saytıma qoymuşam. Amma bu vaxta qədər hələ bir nəfər də olsun oxuyub fikir bildirməmişdi. Mənə təsir edən odur ki, ermənilər onu saytımdan götürüb rus dilinə təcrümə edib müzakirə edirlər, (OPEN ARMENİİ saytı Prosti menya Sona) mənim xalqımın balaları isə onu heç oxumur, reaksiya vermir. Allaha şükür ki, sən onu oxudun, zəhmətim yerdə qalmadı. 
İstifadəçi:
aysel rehimova 2012-12-09 02:47:52
Ismarıc:
salam gulzar nene men ayselem bayaq siznen danisam men idim men sehrli dunya.coma girdim indi men cavablari size nece gonderim
Cavab:
Aysel, salam, elə burdan da cavabları mənə göndərə bilərsən. Əgər şəkil filan göndərmək istəsən öz poçtunla ([email protected]) ilə göndere bilersen. Sağ ol. bizə yaz. 
İstifadəçi:
seva memmedova 2012-12-08 05:16:26
Ismarıc:
nenecan adim memmedova sevinc yasim 10 dur ot tayasi musabiqesinde cavabi ottay aldim amma bele bir seher oldugunu bilmirdim sizi opurem much
Cavab:
Hansı şəhər olduğunu bilmirdin, Sevinc?
İstifadəçi:
seva tehmezli 2012-12-07 23:56:39
Ismarıc:
necesiniz?men Terane ve Mensumenin anasiyam.2013 SIZIN UCUN EN UGURLU IL OLSUN.EN ONEMLISI ISE CAN SAGLIGI.TERANENIN TEKLIFINI GEBUL ETSENIZ COX SEVINER.BUNU COX ISTEYIR.EDEBIYYAT DERSINDE MUELLIME HEKAYE YAZMAGI TAPSIRMISDI.TERANE SIZIN HAGGINIZDA YAZMISDI.TERANE 4YASINDAN SIZIN OXUCUNUZDUR.INDI 11 YASI VAR.ARTIG 7 ILDIR KI ONUN HEYATINDA VARSINIZ.KICIK GIZIM MENSUMENI DE TANIYIRSIZ.GELECEK NESLIN COXUNUN USAGLIG XATIRELERINDE SIZ DE OLACAGSIZ.YEGIN KI BU COX GOZELDIR.
Cavab:
Məktubunuz gözlərimi yaşartdı. Arzu edirəm yeni ildə gözləriniz sevincdən tez-tez yaşarsın. Mənə aid yazılmış yazını xahiş edirəm mənə də göndərəsiniz. Sizin qızlar da mənim həyatımda kiçik xanımlar kimi qalır. Onların hər ikisinin üzündə azərbaycanlı qızına xas olan nur, xanım-xatınlıq var. Sevinc üzlərindən, bəxtəvərlik gözlərindən əskik olmasın. Yazdığınız kimi xatirələrdə qalmaq isə əlbəttə gözəldir. Sizin də ətrafınızda gözəllik əskik olmasın!     
İstifadəçi:
Təranə Təhməzli 2012-12-07 23:22:53
Ismarıc:
Salam.necesiniz.Qarsidan gelen Yeni iliniz mubarek.Men Yasamal r-nunun 13sayli mektebinin 5c sinfinde tehsil aliram.Bilirem ki,siz de bu mektebde oxumusunuz.Men sinifde usaqlara ve edebiyyat muellimeme sizin ve \'\'Sehrli dunya\'\'haqqinda danisdim.Isteyirik ki,sizi sinifimizle goruse devet edek.Gelersiniz?Xahis edirem mene cavab yazin.
Cavab:
Bu mənim çoxdankı arzumdur. Əla olar. Neçə dəfə Rəfiqə müəlliməyə demişəm, hər dəfə sonraya saxlayır. . Bu müəllimlərdə bir növ adətə çevrilib gül alırlar, şirniyyat stolu açırlar... Məncə bunlar artıqdır. Şəxsən mən öz doğma məktəbim üçün o qədər darıxmışam ki... Orda oxuyanlarla görüşmək istəyirəm. Onlarla səmimi söhbət eləmək, mənə yazıçı olmaqda böyük əməyi olan müəllimlərimi xatırlamaq istəyirəm. Bunu təşkil edə bilsəniz əla olar. Vacib deyil ki, böyük görüş eləyəsiniz. Adi ədəbiyyat dərsinə qonaq çağırsanız da məmuniyyətlə gələrəm. Uzaq yerlərdə görüşlərdə oluram. Ürəyim bircə öz doğma məktəbimi daha çox istəyir. Amma bu arzum hələ ki ürəyimdə qalıb. Çağırışınızı səbirsizliklə gözləyirəm!   
İstifadəçi:
mensume tehmezli 2012-12-07 22:50:21
Ismarıc:
garsidan gelen yeni iliniz mubarek.yeni ugurlar getirsin.
Cavab:
Sən bizi 1-ci tebrik elədin! Sağ ol! Qoy Yeni il sene, yeni sevincler, yeni dostlar yetirsin! Sağlamlığın yerində olsun deyə, heç o barədə düşünməyəsən!
İstifadəçi:
aylin tagavi 2012-12-07 12:12:47
Ismarıc:
salam.men sehirli dunya jurnalindan isteyirem.
Cavab:
Salam çox sevinirik ki, jurnalımızı bəyənmisən. Abunə olsan hər jurnalı evinizə gətirərlər. İllik abunə ola bilərsən. . Jurnalın arasındakı kuponda göstərilən hesaba 36 manat ödəniş eləsən abunəçi kimi sənə saat hədiyyə də ediləcək. Hədiyyə yalnız illik abunə olanlara verilir. Ya  da 012 408 17 51 zəng vur yayım şirkətinə, ayda bir dəfə 3 manat ödəməklə evinizə jurnal sifariş eləyə bilərsən. Abunə oldun, olmadın, bunun bizim münasibətə  təsiri yoxdur. Müsabiqələrimizdə iştirak edib hədiyyəni qazana bilərsən. Bizim ən böyük hədiyyəmiz o olacaq ki, bizim Aylin adlı dostumuz olacaq. Bizə yaz! 
İstifadəçi:
Ülvi Ağazadə 2012-12-06 06:10:53
Ismarıc:
Salam:Mənim adım Ülvidir.Mənim 10-yaşım var. Və mən \"SEHRLİ DÜNYA\" kitabının hamısını oxuyub qurtarmışam və nömrə 15-şə qədər oxumuşam
Cavab:
Salam Ülvi! Şadam ki sənin kimi fəal oxucularımız var. Sən bizimlə əlaqə saxla. Fəal oxucularımıza diplom veririk.
İstifadəçi:
seva memmedova 2012-12-02 09:53:45
Ismarıc:
buzbilmecenin cavablari-xokkey qartopu top hediyye snequrocka qaradami fevral dovsan xos buz qar ay ayi it soba at yolka saxta duz dedim?ogurlanmis hediyyeler musabiqesinde-cavab ottay alinir mence bu ot tayasi dir zurafeni tapin mu
Cavab:
salam Seva, necesen? Çoxdandır sene cavab yazmırdım, jurnalın yeni nömresi yeni il nömresi başımı qatmışdı. Ot tayası müsabiqesinde azca sehvin var, diqqətli ol, başqaları düzdür. Hələlik! 
İstifadəçi:
seva memmedova 2012-12-02 00:05:01
Ismarıc:
nenecan.1 yanvaR menim dogum gunumdur.yanvar sayini mutleq alacam.icine lap coxlu nagil qoyarsaniz sevinerem.ad gunumde yeni maraqli nagillar oxumaq isteyirem
Cavab:
Seni əvvəldən təbrik edirik! 4000 minlik oxucularımız adından da tebrik edirik! Adını qaliblər sırasında görə bilərsən, müsabiqə cavablarından çoxu düzdür. Adını tam yaz, sevda yoxsa sevinc? Həmişə qarışdırıram. Məncə sevincdir, eləmi? 
İstifadəçi:
seva memmedova 2012-12-01 23:39:22
Ismarıc:
nenecan men seva.ne qeder muddetdir ki sizinle elaqe saxlaya bilmemisem.deyesen gulzarnene.com baglanmisdi.yeni sayinizi aldim.eladi.zurafeni tapmaqdan lp xosum geldi.hediyyesini yeni ilde yolkadan asacam.opurem sizi
Cavab:
Düzdür, saytımız bağlanmışdı, Proqramçımız da aşiq olub, ağlı başından çıxıb. Vaxtı yox idi ki saytı vaxtında açdırsın. Buna görə sizdən üzr istəyirəm. İnsanlarla işləmək asan deyil, gərək heç kəsin hissiyyatı ilə oynamayasan. o baxımdan da borc bilirəm ki oxucularımdan üzr istəyim. Öpürəm səni! 
İstifadəçi:
zehra esedzade 2012-11-30 02:36:23
Ismarıc:
salam.men zize mektub gonderie ama cababi gelmir niye.
Cavab:
Zəhra , gözəlim saytımız illik ödənişə görə bağlanmışdı, proqramçım da bir az səhlənkarlıq elədiyinə görə biz az bir müddətə ayrı düşdük, bu bizim dostluğumuza mane ola bilməz. Biz həmişə bir yerdəyik! Yaz, məktubunu gözləyirəm!
İstifadəçi:
zehra esedzade 2012-11-29 07:45:57
Ismarıc:
salam guzar nene men sizing bu saytinizi cox vecox beyendim size niye nene deyiler
Cavab:
Hər kəsə nənə demirlər, mən bu adımla fəxr edirəm, çünki bu ad bizi doğmalaşdırdı. 
İstifadəçi:
zehra esedzade 2012-11-29 07:40:58
Ismarıc:
salam guzar nene men sizing tedbirinize gelmek isteyirem tedbir hacandir
Cavab:
Yanvar ayında. Bunun üçün abunəçi olmaq lazımdır. Vacib deyil ki, 1 illik abunə olub birdən 36 man ödəyəsən. Yayım şirkəti ilə abunə olub hər ay 3 man ödəməklə abunə olmaq da mümkündür. Abunəçimizsənsə, heç bir problem yoxdur. Redaksiyaya gəlib dəvətnaməni götürə bilərsən. 
İstifadəçi:
DAMLA TAS IRAN 2012-11-25 07:59:18
Ismarıc:
dostluq
Cavab:
Şad olaram! Bir dost tapmaq necə də gözəldir. 
İstifadəçi:
nergiz mehdiyeva 2012-11-20 08:24:50
Ismarıc:
men sizi cox istiyirem opdum menede yazin jurnalivizda sevirem butun jurnalar arasinda en geseng jurnal sizin jurnaldi o qeder sevirem ki sevincimin heddi hududu yoxdu
Cavab:
Şəklini göndər bu ünvana: ([email protected]) yazdığın şipşirin məktubunun sözlərini də təkrar yaz, jurnala dərc edək. Məktəbini, yaşını, telefonunu, (telefon nömrəsi bizdə heç vaxt açıqlanmır biləsən) sinfini yazmağı unutma və şipşirin sözlərə görə səni çoxlu-çoxlu öpürəm! Əziyyətimizə verdiyin qiymətə görə "üzün həmişə sevinclə gülsün deyib" səni bağrıma basıram! 
İstifadəçi:
gülzar ibrahimova 2012-11-20 05:55:27
Ismarıc:
salam mübarək sayt
Cavab:
mübarek!
İstifadəçi:
aysel huseynova 2012-11-16 04:21:13
Ismarıc:
salam
Cavab:
salam Aysel!  Bəs salamdan sonra?....
İstifadəçi:
səbinə huseyn 2012-11-12 09:58:28
Ismarıc:
salam gulzar nene sizden ve sehirli dunya jurnalindan cox xahis edirem ki qonaq kitabinda a nan baslanan adlari bir sehifeye b nen baslayanlari bir sehifeye qoyun yoxsa men ve doslar casirlar ve menim kimi baskalarida oz yazdiqlarini tapa bilmirler sizden artiq derecede xahis edirem
Cavab:
Elə şeylər var ki, onlar mümkün deyil. Çünki məktublar tarixlərinə görə sıralanır. Amma bunu asan yolunu deyə bilərəm. Məktubları kopyala VORD yazı papkasına at. Sonra  Ctrl F - dən istifadə etməklə axtarış edib adı yazırsan "poisk" düyməsini basıb asanlıqla istədiyin adı tapa bilərsən. Bir az kompyuterdən başı çıxan olsa sənə başa salar. Ya da bir dəfə gəl ofisə, özüm sənə başa salım. 
İstifadəçi:
səbinə huseyn 2012-11-12 09:51:58
Ismarıc:
salam gulzar nene bax sizden kuseceyem aaa men size mektub yazmisdim ama hec oz yazdigimi tapa bilmirem
Cavab:
Səbinə məndən yox, iki nəfər proqramçımdan küs. Onlar məktublarımı itiriblər. Kamil və Cavid ! Özləri də cavan oğlanlardı. Elə hey axtarırlar, tapa bilmirlər. Söz veriblər yeni ilə qədər tapacaqlar. Gözləyək. Amma bir də ki ürəkdə məhəbbət varsa, həmin ürəkdən yenə də həmin sözlər çıxa bilər. Sən mənə yeni məktub yaz. Gözləyirəm! Öpdüm və barışdıq!  
İstifadəçi:
səbinə hüseyn 2012-11-11 05:35:00
Ismarıc:
salam nenecan bilirsiz menim xalaminda adi gulzardir her ay jurnal gelende nagillarinizi oxuyuram cox maraqlidir yeni nagillarinizi gozleyirik
Cavab:
Sizin bəxtinizdən beynimə təzə-təzə nağıllar gəlir, mən də tez onarı yazıram ki yaddan çıxarmayım. Təzəliklə o qədər nağıl yazmışam ki... Birinci nağıllarımı rəssamlarıma oxuyuram, bəyəndilərsə, qoyuram jurnala. Onlar da uşaq kimidirlər. Ona görə də çəkdikləri rəsmlər maraqlı alınır. Sizi sevirlər. Aynur, Nigar. Özləri də gözəldilər, fırçaları da elə bil sehrlidir. O qədər uşaqları xoşlayırlar ki, onlara pulsuz rəssamlıq da keçirlər. İstəsən sən də gəl.  
İstifadəçi:
aydan nebiyeva 2012-10-30 04:56:45
Ismarıc:
men oyun oynamaq isteyirem
Cavab:
Sehrli şənbələrimizə gəl, oyunlarımızda iştirak elə! Bu həftə musiqili şənbə olacaq!
İstifadəçi:
aydan nebiyeva 2012-10-30 04:55:26
Ismarıc:
salam
Cavab:
Salamın alındı, Allah salamıdı. Bəs salamdan sonra nə? 
İstifadəçi:
aska elekberova 2012-10-15 02:27:10
Ismarıc:
EY GÖZƏL;QƏLBİ SAF;ÜZÜ NURLU NƏNƏM! NƏ ÜÇÜN MƏNİM MƏKTUBUMA CAVAB YAZMIRSAN?SEVA DEDİY Kİ SİZİNLƏ DANIŞIB BİZİM SİNİFİMİZƏ GƏLƏCƏKSİNİZ BƏS MƏNİMLƏ NƏ ÜÇÜN DANIŞMIRSINIZ? SAVA İLƏ SKAYP VASİTƏSİ İLƏ DANIŞMISINIZ.MƏNİMLƏDƏ ƏLAQƏ QURUN ZƏHMƏT OLMASA. İMZA:ASKA
Cavab:
Hamı məni danlayır ki ona cavab yazmıram. Saytımda problem var idi. İndi problem həll olub, əzizim Aska! Bəs mən həm də Yeni il üçün jurnal çıxarırdım axı. Jurnalın həyatında ən çətin an Yeni il ərəfəsi olur. Axı gəlin açıq etiraf edək ki, uşaqların ən sevimli, əziz bayramı Yeni il bayramıdır. Sədərək ticarət mərkəzini bir on dəfə o baş, bu baş gəzmişəm ki sizə yeni il hədiyyələri alım, həm jurnalın cibinə uyğun olsun. həm də sizin sevincinizə uyğun olsun. Məktublarınıza cavabları isə gecələr saat 3-4 də yazıram. Vaxt azlığından. Amma mənə xoşdur. Xoş olmasa başımı atıb yataram. Öpdüm səni! Əlaqəni kəsmə, hətat məndən cavab görməsən də. Bil ki məndən səs çıxmırsa deməli siz oxucularım, məni sevənlər üçün  hardasa sürpriz hazırlayıram.   
İstifadəçi:
Lalə Ağayeva 2012-10-12 11:04:12
Ismarıc:
Nənəcan \"GÖY QURŞAĞI\" JURNALINDAKI NAĞILLARI DA SİZ YAZIRSIZ?
Cavab:
Yox, onları mən yazmıram. Necə ki? Bir söz soruşum amma düzünü de, hansı nağıllardan xoşun gəlir?
İstifadəçi:
togrul elekberov 2012-10-12 04:25:54
Ismarıc:
salam gulzar nene men askanin qardasi necesiziniz aska butun gun sizden danisir cox yaxsi bir insan olmalisiniz
Cavab:
Salam Toğrul! Çox şadam ki, sizin ailədə mənim haqqımda xoş söhbət gedir. Mən özümü tərifləsəm ki doğrudan yaxşı insanam, bu məni sizin gözünüzdən salar. Mən özüm də beləyəm hər kəs öyünürsə mənim gözümdən düşür. Onu deyə bilərəm ki sizin kimi xoş insanlar məni sevirsə, deməli həyatda yaxşı bir iş görmüşəm. Kimi var-dövləti, kimisi vəzifəsi, kimisi yaraşıqlı evi ilə fəxr edirsə, mən sizin kimi mehriban, qədir bilən dostlarımla fəxr edirəm.  
İstifadəçi:
nermin shabanova 2012-10-11 08:32:24
Ismarıc:
gulzar nene menim adim nermindi yadinizdadirsa zahid xelilin yubileyinde menim jurnalima qol cekmisdiz
Cavab:
Əzizim Nərmin! Desəm yadımdadır, yalançı olaram! Amma o yadımdadır ki, bütün sinif uşaqlarınız həmin yubileydə mənə elə məhəbbət göstərdilər ki, ürəyim fərəhlə doldu. Düzü, mən hələ heç bir yerdə elə çoxlu məhəbbətlə əhatə olunmamışdım. HƏtta onda sevindiyimdən ağladım da! İlk dəfə mənə əla qiymət verən sizin sinif oldu. Müəlliminizə məndən sevgi dolu salamlarımı çatdır!  
İstifadəçi:
aska elekberova 2012-10-11 01:50:18
Ismarıc:
nenecen nagilin kitabimiza cap olunub .cox sevinirem.men sizin bu esl dost nagilini cox sevdim.eni nagillariniziDA SEBIRSIZLIKLE GOZLEYIREM
Cavab:
Arzu edirəm həmişə sevinəsən! Təzə nağıllar o qədər yazmışam.. . Hər dəfə jurnala qoyuram. Bu gün də bir nağıl yazdım. Çox maraqlı alındı. Kino çəkənlər və nazir oğlu. Jurnalın 16 sayında oxuyarsan və fikrini mənə yazarsan. 
İstifadəçi:
Yasemen Dadasova 2012-10-06 03:09:55
Ismarıc:
Salam Gulzarnene necesiz?Men sizi cox isteyirem
Cavab:
Salam Yasəmən! Çox sevinirəm ki Şəkidən mənə məktub yazırsan. İnşallah Bakıya gələndə görüşərik. Redaksiyamıza gələrsən. Şəklini çəkib jurnalımıza qoyarıq. Hələ bir de jurnalımız sənə hansı vasitə ilə çatır? Yoxsa abunə yazılmısan?Biz də bir gün  havalar yaxşı olanda sizə qonaq gələrik. Bütün redaksiya heyəti ilə birgə. Deyirlər oralar çox gözəldir. Qəbələdən "Sehrli fırça" nağılını, Gəncədən Göy qurşağı qardaşlarının yeddi nağılı"nı, Naxçıvandan "Bir zalım şah", Qobustandan Təmraz və Gün" nağılını yazmışam. Sizdən də bir nağıl yazaram. Hələlik Yasəmən. Nə vaxt ürəyin istəsə, mənə yaz. Ola bilər cavabını gecikdirəm, sən ondan incimə vaxtım olmur. Amma vaxt tapan kimi cavabını yazacağam. Öpdüm!    
İstifadəçi:
Yunis Əhmədov 2012-10-04 06:26:10
Ismarıc:
Sehrli Dünya cavablarını göndərmək istəyirik.
Cavab:
Göndər, gözləyirəm. Amma təzə ünvana göndər. Təzə nömrələrdə təzə ünvanımız var. Sən bizim fəallar sırasındasan! 
İstifadəçi:
YASEMEN EHMEDOVA 2012-10-02 07:18:47
Ismarıc:
SALAM GULZAR NENE MEN SHEKIDE OLURAM
Cavab:
Bir gün İnşallah Sehrli Dünya Şəkiyə də gələr...
İstifadəçi:
YASEMEN EHMEDOVA 2012-10-02 07:12:12
Ismarıc:
DOSTUM OLMAGINI ISTEYIREM
Cavab:
Heç bir problem yoxdur. Bizdə o qədər dost var ki, sən xasiyyətini, yaşını, nəyi sevdiyini, nəyi sevmədiyini, nə ilə maraqlandığını, necə dostun olmasını istədiyini de, biz öz dostlarımızla səni də tanış edərik. Biz 3 nəfərin əlaqələrini sənə də verərik, onlarla məktublaşıb dostlaşarsan. Biz belə bir lahiyə hazırlayırıq "Eyni  dostlar" bu lahiyədə anket doldurursan. Əgər xasiyyətlərin üst-üstə düşürsə, deməli sən dost ola bilərsən Və Sehrli  Dünya sizi bir-birinizlə tanış edir.