Biri var idi, biri yox idi, Cırtdan adlı balaca oğlan var idi. Bir gün Cırtdan camaatın danışığını eşitdi. Bir kəndli deyirdi: -İfrit bizi bezdirib, hər bayram tilsim oxuyur, tufan qoparır, havanı qaraldır. Od püskürür, ağacları yandırır, qar yağdırır, çiçəkləri dondurur. Camaat Novruz Bayramı keçirə bilmir, tonqalları söndürür. İndi də bayrama az qalıb, yəqin, yenə də bir hoqqa çıxaracaq ki, camaat bayram keçirməsin.
...ardını oxuAna qazı səbətə qoyub Nərgizə verdi. Qaz bir az ağır olsa da, ana bilirdi ki, qızı ağıllıdır, çətinə düşsə, çıxış yolu tapacaq. Nərgiz yola düşdü. Bir az yol gedəndən sonra gördü yorulub, qolları ağrıyır, səbəti apara bilmir. Oturub bir az dincini alandan sonra fi kirləşib çıxış yolu tapdı. Səbəti aşağıdan, iki yerdən deşdi. Sonra qazın ayaqlarını həmin deşiklərdən çıxartdı.
...ardını oxuBiri vardı, biri yoxdu, bir çəpiş – yəni balaca keçi vardı. Çəpiş çox tərs idi. Hər şeyi öz istədiyi kimi eləmək istəyirdi. Axı bütün keçilər tərs olur. Bir gün tərs çəpiş istədi ki, evdən çox uzağa gəzməyə getsin. Getdi də… Gedəndə anası onu xəbərdarlıq elədi:
...ardını oxuBiri vardı, biri yoxdu, bir padşah vardı, padşahın gözünün ağı-qarası bir qızı vardı. Şah qızını çox istəyirdi. Qız da adi qız deyildi, sehrli qızdı, yaşının az olmasına baxmayaraq, quşların, heyvanların dilini bilirdi. Ağıllı, kamallı, hər şeydən başı çıxan, özü də gözəl-göyçək qızdı.
...ardını oxuBir də ki, bu gün təkcə anaların yox, qızların da bayramıdır. Qız dostun varsa, onu da 8 Mart bayramı münasibətilə təbrik edə bilərsən! Cəfər bir az fikrə gedəndən sonra soruşdu:
...ardını oxuÇox qədim zamanlarda dörd bacı vardı. Böyüyünün adı Qış, kiçiklərinin isə Bahar, Yay, Payız idi. Onlar göydə yaşayırdılar. Bacılardan ən ağıllısı və müdriki Qış idi. Bahar çox şən, Yay çox gözəl, Payız isə çox qəmgin idi.
...ardını oxuUzaq şimalda bir buz ev var idi. Evin qapı və pənjərəsi, soba və bajası, hətta çilçırağı da buzdan idi. Burada Şaxta baba yaşayırdı. Bu gün evdə qələbəlik idi. Quşlar, heyvanlar Şaxta babanın evinə yığışmışdı.
...ardını oxuUşaqlar Murad babanın başına yığışmışdılar. Baba da onlara cavanlığından danışırdı. Murad baba danışırdı ki, cavan olanda göldən çoxlu balıq tutardılar. Göl qırağına gəlir, şənlik qurardılar. Uşaqlar maraqlandılar:
...ardını oxuŞahin iş görməyi xoşlamırdı. Ona tapşırılan işi könülsüz görər, sonra "yoruldum" deyib oturardı. Bir gün Şahin kəndə - nənəsinin yanına gəlir. Axşam bir az uşaqlarla oynayan kimi saat səkkiz olmamış yatır.
...ardını oxuBiri vardı, biri yoxdu, bir canavar vardı. O, heç vaxt evini yığışdırmır, iş görməyə tənbəllik edirdi. Evi damır, az qalırdı ki başına uçsun. Bir gün Canavarın evinin yanından fil keçirdi. Birdən necə oldusa, xortumu canavarın evinin damına dəydi və evin bacası yerindən çıxdı.
...ardını oxuBiri vardı, biri yoxdu, bir Eşşək vardı. Özü də əsl eşşək. Bir gün Eşşək meşədə gəzəndə elə dərin bir quyuya düşdü. Nə qədər çapaladı quyudan çıxa bilmədi, nə qədər anqırdı köməyinə çatan olmadı. Əlajı kəsilib sakitjə oturdu quyunun dibində.
...ardını oxuBiri vardı, biri yoxdu, bir hirsli, qaşqabaqlı, acıdil, ziyankar bir adam var idi. Bir gün bu xoşagəlməz adam səfərə çıxdı. Getdi, getdi, birdən səs eşitdi:
...ardını oxuBiri vardı, biri yoxdu, Tiko adlı balaca bir maşın vardı. Tiko sürətlə getməyi bacarırdı. Amma nə məktəbə getmək, nə də hərfləri öyrənmək istəyirdi. Elə buna görə də yol hərəkəti qaydalarını bilmirdi.
...ardını oxuBiri vardı, biri yoxdu, bir kənddə Xumar adlı mehriban bir qadın vardı. Xumar xala uşaqları sevər, həmişə müxtəlif şirniyyatlar bişirib onları qonaq edərdi. Qadının evinin yanında bulaq axırdı. O, səhəngə bulaq suyu doldurub hamıya paylayardı.
...ardını oxuGünəşli yay günündə Panda gəzməyə çıxdı. Təbiət o qədər xoşuna gəldi ki, axşama qədər gəzdi. - Gözəldir! - dedi Panda. - Belə günəşli gündə gəzmək doğrudan da gözəldir!
...ardını oxuTutu qatarın dalınja baxırdı. O bu neçə gündə babasına elə öyrəşmişdi ki, ondan ayrılmaq istəmirdi. Bunu başa düşən ata dedi: Tutu, bikef olma! Baban yenə bizə gələjək!
...ardını oxuBiri vardı, biri yoxdu, bir Kərgədan vardı. O, hamıya sataşmağı xoşlar, kimi isə pərt edəndə sevinərdi. Qozbel, qozbel, sənin nə əyri belin var? Yoxsa belinə böyük balqabaq qoymusan? - deyə dəvəyə sataşardı.
...ardını oxuBiri vardı, biri yoxdu, bir nənə vardı. Nənə sehrli bir meşənin yaxınlığındakı daxmada yaşayırdı. Nəvələri Çiçək və Göyçək tez-tez nənəyə baş çəkməyə gəlir, həm də meşədə gəzir, güllərdən çələng toxuyurdular.
...ardını oxuYayın ən gözəl vaxtı idi. Quşlar oxuyur, gül-çiçəyin ətri hər kəsi heyran edirdi. Bu gözəllik meşədə bütün heyvanları sevindirir, hər kəs vaxtını bir jür maraqlı keçirirdi. Təkjə Burunduqdan başqa.
...ardını oxuBağçaya Ayxan adında təzə uşaq gəldi. O, hamıdan balaca idi. Buna görə də hər şey onun üçün maraqlıydı. Uşaqlar qələmlərlə nəsə çəkib deyirdilər, “hərf yazdıq”, nəsə çəkib deyirdilər, “rəqəm yazdıq”.
...ardını oxuBiri vardı, biri yoxdu, iki balaca, totuş-motuş, qəşəng və şən balıq balaları var idi. Onlardan birinin adı Totu, o birinin isə adı Motu idi. Totu və Motu göldə yaşayırdılar. Onların bir dostu da var idi. Amma o balıq deyildi və göldə yaşamırdı.
...ardını oxuBiri vardı, biri yoxdu, Qorxmaz adlı bir oğlan vardı. Adı Qorxmaz olsa da çox qorxaq idi. Bir gün Qorxmaz həyətdə gəzirdi. Birdən bir xoruz ağacdan yerə hoppandı. Qorxmaz qorxudan qışqırıb yerindən dik hoppandı.
...ardını oxuGünlərin bir günü mağazaya bir yumşaq oyuncaq ayı gəldi. O, qocalmış və bir qolu da çıxmışdı. Ayı yumşaq oyuncaqlar satılan şöbəyə gəlib oyuncaqlarla görüşdü.
...ardını oxuElişlə Gülüş mehriban dostlardır. Onlar həmişə birlikdə oynayır, bayramları da bir yerdə keçirirlər. Bu dəfə də bayram yaxınlaşırdı. Böyüklər üçün də, uşaqlar üçün də maraqlı, əziz olan Novruz ayramına çox yox, üç gün qalırdı.
...ardını oxuBiri vardı, biri yoxdu, meşədə bir ifritə Küpəgirən qarı yaşayırdı. Hamıya pislik etmək onun adəti idi. Günlərin birində bu qarının bir nəvəsi oldu.Uşaq o qədər qara idi ki, hamı onu “Qaraca” çağırırdı. Küpəgirən nəvəsini çox sevirdi.
...ardını oxuBir Şanapipik xoruz yatıb yuxuda görür ki, dünyanın axırı olacaq. Daha doğrusu, əgər Qonur ayı ilə rastlaşmasa! Xoruz yuxudan qalxıb dərhal ola çıxır.
...ardını oxuÜç dost - Güllü, Anar, Cümşüd eyvanda dinməzcə oturmuşdular. Niyə dinməzcə oturmuşdular? Çünki şəkil çəkirdilər. Ev, həyət, mənzərə şəkli. Əvvəlcədən şərtləşmişdilər də... Baxaq görək kimin çəkdiyi rəsm daha qəşəng olacaq?!
...ardını oxuBiri vardı, biri yoxdu, bir çəyirtkə vardı. O hələ çox balaca olduğundan, çox uzağa uça bilmir, tez yorulurdu. Bir dəfə o uçdu, uçdu, tez də oruldu. Gölməçənin üstünə düşmüş bir yarpağa qondu ki, həm dincəlsin, həm də su içsin.
...ardını oxuBiri vardı, biri yoxdu, Əliş adlı uzunburun bir oğlan vardı. Əliş çox paxıl idi. İstəyirdi ki, onun oyuncaqları başqalarınkından çox olsun. Velosipedi hamının velosipedini ötsün. O, yelləncəyə oturanda heç kəs yelləncəyə yaxın düşməsin.
...ardını oxuGünlərin bir günü Ayı bilmədən Dovşanın ayağını tapdaladı. Dovşan elə bağırdı ki, az qaldı ayının qulaqları tutulsun.
...ardını oxu