Ən halal adam

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Qədim zamanlarda adil bir hökmdar varmış. Hökmdar rəiyyətini və məmləkətini çox sevmiş, ömrünün sonuna qədər xalqına sədaqətlə başçılıq eləmişdi.

   İndi isə ömrünü başa vurmuşdu deyə, yerinə halal bir adam axtarırdı ki, hökmdar elan eləsin. Tapa bilmirdi ki, bilmirdi.

   Bir gün şahın carçıları car çəkdi: "Halal, düzgün adamlar saraya gəlsin!".

Saraya çoxlu adam yığışdı. Şah həmin adamların hərəsinə bir gül toxumu və bir dibçək verib dedi:

- Aparın bu toxumları əkin! Qırx günün tamamında kimin əkdiyi gül daha gözəl olsa, ona özü ağırlığında qızıl hədiyyə verəcəyəm!

Düz qırx günün tamamında şah yenə həmin adamları hüzuruna yığdı. Adamları saydı, gördü bir nəfər çatmır. Adam göndərdi, həmin adamı tapdılar. Bu, cavan bir oğlan idi. Cavan saraya getmək istəməyib dedi:

- Saraya getməyim əbəsdir. Əkdiyim toxum bitməyib!

- Bilmirik, şah əmr edib gəlməlisən!

Cavan çar-naçar saraya gəldi. O, içəri girəndə şah ayağa qalxıb onun ayağına qalxdı. Cavan gördü hər kəsin dibçəyində gözəl bir gül var. Düşündü ki, indicə şah onu, dibçəyi boş olduğuna görə edam edəcək. Qorxudan dedi:

- Şah sağ olsun! Bir Allah şahiddir ki, toxuma nə cür qulluq elədim, bitmədi. Keç günahımdan, adil şah!

Şah isə əksinə onu qucaqladı:

- Nə günah, ey cavan! Mən sənə özün ağırlığında qızıl verirəm!

Sarayda uğultu qopdu:

- Bu ədalətsizlikdir! – Deyənlərə

şah belə cavab verdi: 

 

 - Əmr necə ədalətsiz ola bilər ki, bütün toxumlar sizə verilməmişdən əvvəl qaynadılmışdı. Onlar heç vaxt gül aça bilməzdi. Hamınız qızıla görə yalana əl atdınız. Bişmiş toxumların yerinə başqa gül əkdiniz. Özlərini halal adlandıranlar! Siz haramçılıq eləyib qızıl qazanmaq xətrinə şahı aldatdınız. Halalla haramı qarışdırdınız. Amma aranızdan bir nəfər halal adam tapdım. Elə bu halal cavanı da yerimə şah elan edirəm! İndi rahat yaşaya da bilərəm, rahat ölə də bilərəm!

Beləliklə, şah tacını çıxarıb kasıb, halal cavanın başına qoydu.