Qusar yaman dəyişib,
Daha da gözəlləşib,
Dünyanın ən gözəl bir
Diyarına çevrilib.
Qışda örtür ağ örpək,
Dönüb olur bir mələk.
Yayda olur lap qəşəng
Başına qoyub çələng.
Bülbüllər sanki burda
Daha da şən oxuyur.
Tanrı verib gözəllik,
İnsanlar da qoruyur.
Zirvədən baxır Şahdağ
Sən bir gözəlliyə bax!
Ləzə, Şahnabat, Qurqur
Baxanı heyran qoyur.
Şahdağ şah zirvəzisidir,
O, dağ oğullarının
İgidlik səlnaməsi,
Qəhrəmanlıq səsidir!
Yalnız burda toxunar
Əlvan sumax xalılar.
Dönüb uçan xalçaya,
Səs salarlar dünyaya.
Ölkəmizin rəhbəri
Verib çox gözəl qərar.
Turizm şəhəri olub
Artıq beş ildir Qusar!
Burda hər millətdən var:
Avar, rus, ləzgi, tatar.
Hamı "can qardaş" olar,
Mehriban yaşayarlar.
Yığılıb hər bayramı
Bir yerdə qeyd edərlər.
Vətən dara düşəndə
Ön cəbhədə gedələr.
Qusar yaman dəyişib,
Daha da gözəlləşib.
Bircə heç dəyişməyib
Bu gözəl Qusarlılar.
Əvvəl necə olublar,
Həmişə üzügülər.
Eləcə də qalıblar
Mehriban, qonaqpərvər.
Qusarlılar hər kəlmədə
“Can” deyərlər
Yüz dəfə də qonaq gəlsən,
Sevinərlər.
Qusarlılar belədirlər!
Elə bu cür sevilərlər!
şeir - uşaq şeiri - kiçik yaşlı uşaqlar üçün şeir